Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi - FOTO

Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi - FOTO
Foto
Siyasət 4151

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.

BAKU.WS xəbər verir ki, igid əsgərlərimiz bir az əvvəl Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın ən yaxın dostu, "Saşik" ləqəbli Aleksandr Arutyunyanı məhv ediblər. Bu şəxs Xocalı faciəsinin ən fəal iştirakçılarından olub və separatçı rejim tərəfindən dinc əhalimizə tutulan divanda fəal iştirakına görə "Döyüş xaçı" ilə təltif edilmişdi.

Qarabağ separatçılarının başçısı günorta saatlarında ən say-seçmə döyüşçülərini yığaraq Hadruta əks-həmlə təşkil etmişdi. Düşmənin "Saşik" də daxil olmaqla təriflənən döyüşçüləri igid əsgərlərimiz tərəfindən tələyə salınaraq məhv edilib.

Müdafiə Nazirliyinin rəsmi məlumatında 38 erməni döyüşçüsünün öldürüldüyü deyilir. "Saşik" də bunların arasında olub.

Son xəbərlər