Xocalı aeroportunda çəkilən film Kann Festivalında - Azərbaycandan ETİRAZ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə icmadan məlumat daxil olub.
Məktubda Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Kann Festivalına təqdim olunmaq üçün çəkdiyi “Əgər külək olsa” (Si le vent tombe) filminin yayımlanmasına etirazı yer alıb. Qeyd olunub ki, sözügedən film Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq çəkilib.
Məktubda vurğulanıb ki, filmdə göstərilən Xocalı Aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa olunub. Eyni zamanda, festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi və bu insanların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqqında da məlumatlar yer alıb.
Sonda ədalətin bərpa olunmasına, münaqişənin həllində sülhyönümlü nəticə əldə etmək üçün festival təşkilatçıları tərəfindən səy göstəriləcəyinə ümid ifadə olunub.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...