XİN Kəlbəcərdəki mina partlaması barədə: “Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”

XİN Kəlbəcərdəki mina partlaması barədə: “Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”
Siyasət 51

“Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də bildirib.

“Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”, - deyə nazirlik bildirilib.

Son xəbərlər