Ceyhun Bayramov ABŞ dövlət katibi ilə sərhəd məsələsini müzakirə etdi

Ceyhun Bayramov ABŞ dövlət katibi ilə sərhəd məsələsini müzakirə etdi
Siyasət 57

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə ediblər.

BAKU.WS XİN-in yaydığı məlumata istinadən xəbər verir ki, C.Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.

C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunan ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyin səbəbləri, azad olunan ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Son xəbərlər