XİN Bakıda QH-nin Koordinasiya Şurasının Nazirlər Toplantısı barədə məlumat yayıb
04
iyl
2023
23:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.
"Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynamışdır", - məlumatda qeyd edilib.
Bildirilib ki, Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Oxşar xəbərlər
İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə iştirak edir - YENİLƏNİR + VİDEO
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikas...