XİN: Aİ səfirinin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Ittifaqının Ermənistandakı səfiri Andrea Viktorin tərəfindən səsləndirilmiş fikirlərə dair suala cavabında deyib.
Qeyd edək ki, mayın 15-də Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin mətbuat konfransı zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlamasına istinadən bildirib ki, “Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunmalıdır” və bu məqsədlə “beynəlxalq mexanizm” yaradılmalıdır.
"Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.
Azərbaycan tərəfinin erməni sakinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenliyimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır", - Ayxan Hacızadə vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...