XİN Suriyada vətəndaşlarımızla bağlı vəziyyəti şərh edib
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşları barədə Xarici İşlər Nazirliyinə hər hansı bir məlumat daxil olmayıb.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
"Vətəndaşlarımız barədə XİN-ə hər hansı bir məlumat daxil olmayıb", - deyə, o bildirib.
Qeyd edək ki, Azəebaycanın Suriyada səfirliyi yoxdur.
Xatıraladaq ki, "Həyat Təhrir əl-Şam" qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də ölkənin şimalında, o vaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib.
Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.
Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...