XİN rəhbəri: Suriya Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platforması olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzzada əldə edilmiş atəşkəsə əməl etmək vacibdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münasibətində ikidövlətli həll yolunu dəstəkləyir.
Suriyadakı vəziyyətdən də söz açan Ceyhun Bayramov vurğulayıb ki, Suriyadakı müsbət proseslər hesabına ora Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platformalarından biri olacaq.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...