"X"in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı
12
may
2024
23:48
Əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsi "Bright Data"nın ictimaiyyətə açıq istifadəçi məlumatlarını toplamasının qarşısını ala bilməyib.
Məhkəmə sosial şəbəkənin "Bright Data"ya qarşı qaldırdığı iddianı rədd edib.
"X"in vəkilləri qarşı tərəfi istifadəçi məlumatlarına qanunsuz daxil olmaqda və onların satışında ittiham ediblər.
Hakimin qərarına əsasən ictimaiyyətə açıq məlumatların toplanması ABŞ Müəllif Hüquqları Qanununun əhatə dairəsinə daxildir və qanuna zidd deyil.
"Bright Data" bu qərarı biznes və tədqiqat üçün böyük qələbə adlandırıb.
Oxşar xəbərlər
Kahramanmaraşda bir gündə 4 zəlzələ baş verdi - FOTO
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda gün ərzində 4.4, 4.1, 3.6 və 3.7 bal gücündə 4 zəlzələ baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə öl...