XİN: "Livandakı səfirliyə təxliyə ilə bağlı heç bir azərbaycanlı müraciət etməyib"
Yeniliklərdən dərhal xəbərdar olun
"Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var".
BAKU.WS xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu il avqustun 3-də səyahət xəbərdarlığı verilib.
"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə əlavə edilib.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində onlarla adam ölüb, 4 min nəfər isə yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşıması qadağan edilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...