XİN: İslamofobiya insan ləyaqəti və bərabərlik prinsiplərini sarsıdır
Yeniliklərdən dərhal xəbərdar olun
İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyinin X-dakı paylaşımında bildirilib.
"İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc birgəyaşayışa sadiqliyimizi bir daha təsdiqləyirik. İslamofobiya, insanların dini inanclarına görə ayrı-seçkiliyə məruz qalması və onlara qarşı nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır: "Belə qərəzli yanaşmaların cəmiyyətlərimizdə yeri yoxdur. slam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır. İslamın yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formaları ilə mübarizə aparmaq inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün vacib olaraq qalır", - deyə paylaşımda vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...