Xəzərdə Azərbaycan və İran hərbi gəmiləri birgə təlim keçirib

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə "AZIREX-2024" birgə taktiki təlimi keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.
Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.
Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər....
