Xəstələrdən rüşvət aldığı üçün saxlanılan baş həkimin DOSYESİ
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus xəstələrindən rüşvət alan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun saxlanma görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, FHN-in Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevin kimliyi maraq doğurur.
Saxlanılan baş həkimin bioqrafiyasını təqdim edirik:
Ağayev İmran Əliağa oğlu 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib.
O, həmçinin Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvü olub.
2009-cu ildə Azərbaycan Respublikası Gömrük Komitəsinin Mərkəzi Qospitalının stomatoloqu da olub. Bundan başqa, Avropa Diş İmplantoloqları Assosiasiyasında üzvlüyə malikdir.
2012-ci ildən “MediStyle Dental” klinikasında stomatoloq vəzifəsində işləyib. 2014-cü ildən “MediStyle Hospital”ın baş həkimi olub.
İmran Ağayev 2020-ci ildə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının Baş həkimi təyin edilmişdi.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...