Xələf Xələfovla Rusiya XİN başçısının müavini arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya XİN başçısının müavini Andrey Rudenko arasında telefon danışığı olub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında fikir mübadiləsi aparılıb, ikitərəfli və regional gündəlikdəki kompleks aktual məsələlər müzakirə edilib.
Həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası məsələləri müzakirə mövzusu olub.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...