Xələf Xələfov xorvatiyalı parlamentariləri azad olunmuş ərazilərdə bərpa işləri məlumatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar və işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib.
BAKU.WS xəbər verir ki, görüşdə uzun illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu prosesdə siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.
D.Vidoviç dost Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu və Xorvatiyanın ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Xorvatiyalı vitse-spiker bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Azərbaycanın səylərini yüksək qiymətləndirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...