Xarici İşlər Nazirliyində protokol idarəsinin rəisi işdən çıxarılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisinin işdən çıxarılması ilə xəbərlər yayılıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, yayılan məlumatlarda xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Ramil Rzayev işdən çıxarılıb.
Məsələ ilə bağlı Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə daxili rotasiya olub.
“Bu işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq”, - deyə əlavə edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...