Xankəndiyə yeni polis rəisi təyin olunub
12
fev
2024
19:07
Xankəndiyə yeni polis rəisi təyin olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəsi vəzifəsindən azad edilərək Xankəndi Polis Şöbəsinin rəsi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Z.Nəsirov Xankəndidə anadan olub. O, Bakı şəhər Xətai rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini və 2021-ci ildən isə Göygöl rayon Polis Şöbəsinin rəsi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...