Xankəndiyə qanunsuz yük daşıdıqlarına görə saxlanılan iranlılar geri qaytarıldı - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən, oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.
Bu barədə Gömrük Komitəsindən BAKU.WS-ə məlumat verilib.
Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.
Oxşar xəbərlər
DGK: Xankəndiyə qanunsuz yük aparan iranlı sürücülər ölkələrinə qaytarılmayıb
Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülə...