Xanımı Zelenskini qısqandı? - Dünya bu görüntülərdən danışır - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskayanın görüntüləri dünya gündəmində böyük marağa səbəb olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Zelenskinin xanımı onu qısqanıb.
Belə ki, hər şey cütlük NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak zamanı baş verib.
Bu zaman Zelenskinin Litvanın birinci xanımı Diana Nepayte-Nausedene ilə görüşü xanımı tərəfindən qısqanclıqla qarşılanıb.
Zelenskaya ərinin Dinanı 3 dəfə öpməsinə təəccüblənib və bunu biruzə verib.
Ardınca isə Zelenski şəkil çəkdirən zaman xanımının əlindən tutmaq istəyib. Zelenskaya isə buna imkan verməyib. Sözügedən görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və müzakirə olunub. Bəzi istifadəçilər, “152 milyon ondan, o isə öz xanımından qorxur”, “Zelenskinin səhər yeməyi olmayacaq”, - kimi şərhlər yazıblar.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
