Xanım deputat bir vəzifəsindən istefa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasındakı vəzifəsindən istefa verib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, J.Əhmədova artıq vəsiqəsini təhvil verib.
Bildirək ki, deputat 2018-ci ildən həmin federasiyanın birinci vitse-prezidenti vəzifəsini tuturdu.
Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.
Deputat Jalə Əhmədova məlumatı təsdiq edib.
Jalə Əhmədova deyib ki, “Vinq Çun” federasiyasının inkişafı üçün əlindən gələn dəstəyi göstərib.
“Ancaq mən düşündüm ki, bundan sonrakı fəaliyyətimi autizmdən əziyyət çəkən uşaqlara yönəldim”, - deyə o əlavə edib.
Qeyd edək ki, Jalə Əhmədova həm də “Vinq Çun” federasiyasının təsisçisidir.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...