Xameneinin həbsdə olan bacısı qızı aclıq aksiyasına başladı - FOTO

Xameneinin həbsdə olan bacısı qızı aclıq aksiyasına başladı - FOTO
Siyasət 50

İranın ali dini rəhbəri Xameneinin Qərçək zindanında həbs cəzası çəkən bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani aclıq aksiyasına başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, məsələ ilə bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani öz tvitter hesabında məlumat verib.

“Siyasi məhbus Fəridə Muradxani saxlanılma yerinə və Evin həbsxanasına köçürülməməsinə etiraz olaraq aclıq aksiyası keçirir”, - deyə qardaşı bildirib.

Xatırladaq ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər