Məşhur Sovet diktoru 84 yaşında vəfat edib - VİDEO

Məşhur Sovet diktoru 84 yaşında vəfat edib - VİDEO
Siyasət 184

Rusiyanın Xalq artisti, tanınmış sovet televiziya diktoru Svetlana Morqunova vəfat edib.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, onun ölüm xəbərini köməkçisi açıqlayıb.

O qeyd edib ki, 84 yaşlı aparıcı evində dünyasını dəyişib. Onun qəfildən ürəyi dayandığı bildirilir.

Xatırladaq ki, Morqunova 1961-ci ildən SSRİ Mərkəzi Televiziyasının diktoru işləyib.

O, "Sabah poçtu" və "Mavi işıq" kimi verilişlərin müəllifi olub.

Morqunova martın 7-də 84 yaşını qeyd etmişdi.

Son xəbərlər