WUF13 Könüllü Proqramına müraciət edən 10 mindən çox namizəd müsahibəyə dəvət olunub
Bu il fevralın 16-dan martın 13-dək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllü Proqramının müsahibə mərhələsini uğurla keçmiş namizədlər üçün ümumi təlim təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, təlim proqramı üç əsas istiqamət üzərində qurulub:
-Ümumi oriyentasiya;
-Rola əsaslanan təlim;
-Məkan üzrə hazırlıq.
Bu sessiyalar könüllülərin tədbir müddətində öz vəzifələrini səmərəli və peşəkar şəkildə yerinə yetirmək üçün tam hazır olmasını təmin etmək məqsədi daşıyır. Təlimi uğurla başa vuran 2500 könüllü WUF13-ün müxtəlif əməliyyat sahələrinə yerləşdiriləcək.
WUF13 Könüllü Proqramına müraciət edən 16 min namizəddən 10 500-dən çoxu ilkin seçim mərhələsini keçərək müsahibəyə dəvət olunub. 5 mindən çox namizəd bu mərhələni uğurla başa vurub.
Müraciət edənlər arasında 1500-dən çox xarici vətəndaş olub.
From 16 February to 13 March, general training sessions will be organised for candidates who have successfully passed the interview stage of the Volunteer Programme, carried out as part of the preparations for the 13th session of the World Urban Forum (WUF13).
— WUF13Azerbaijan (@WUF13Azerbaijan) February 13, 2026
The training… pic.twitter.com/Y55XI2GWGo
Oxşar xəbərlər
Paşinyan Karapetyanın Baş nazir postuna namizədliyinin irəli sürülməsini şərh edib
Ermənistanın Baş naziri Nikol Paşinyan istintaq altında olan iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasından hökumət başçısı vəzifəsinə namizədliy...