WUF13-də Yaxın Şərq böhranı və köçkünlük problemi müzakirə olunub
Yaxın Şərq ölkələrinin öz daxili müharibələri və problemləri ilə bağlı vəziyyətilə yanaşı, həm də böhranının xaricdən gətirdiyi təsirləri anlamaq lazımdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmisi Filip Decorte Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı müzakirədə çıxışı zamanı deyib.
O, ötən həftə Livan və Suriyada olduğunu, vəziyyətin dözülməz səviyyəyə çatdığını diqqətə çatdırıb:
"Orada vəziyyət daha pisə doğru davam edir. Livanda məni xüsusi təsirləndirən ilk məqam yenidən genişmiqyaslı köçkünlük problemi oldu. UN-Habitat və ümumilikdə BMT olaraq biz çox vaxt məktəb, xəstəxana və digər ictimai binalarda sığınacaq tapanlara diqqət yetiririk. Həmkarlarla, hökumətlərlə söhbətlər zamanı məlum oldu ki, insanların təxminən 50 %-i əslində kirayə bazarında yaşayır və ya yerləşdirilir".
Ekspert Livanda elektrik sisteminin çökdüyünü də əlavə edib:
"İnsanlar generatorlardan istifadə etməyə məcbur qalıblar. Buna görə də yanacaq qiymətlərinin artması onları xüsusilə ağır vəziyyətə salır".
Oxşar xəbərlər
Anar Quliyev:"Mənzil böhranı tək bir amildən qaynaqlanmır"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "NGIC, BMT-Habitat və SCUPA-Çoxtərəflilik vasitəsilə mənzil t...