WUF13-də şəhər iqlimi üzrə müşavirələrin institusionallaşdırılması müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Urbanizasiya və iqlim məsələlərinə həsr olunmuş müşavirələrinin tez-tez keçirilməsinə ehtiyac yaranıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Braziliya Şəhərlər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Antonio da Koşta e Silva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclasında bildirib.
"Bu müşavirə tez-tez keçirilməlidir. Bundan əlavə, urbanizasiya və iqlim dəyişikliyinə həsr olunmuş nazirlər toplantısını institusionallaşdırmaq lazımdır. Bu, heç də yeni bir platformanın formalaşdırılmasını nəzərdə tutmur - söhbət hər bir COP sədrinin, qəbul edən hər bir tərəfin hazırlıqlı olmasından və urbanizasiya iqlim üzrə nazirlər müşavirələrimizin təşkili üçün imkanlara malik olmasından gedir.
Hazırda biz artıq altı nazirlər toplantısının hazırlıqlarını görürük və bu prosesin gələcəkdə daha da irəliləməsini gözləyirik", - o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...