WUF13 çərçivəsində qonaqların Qarabağa səfəri nəzərdə tutulub
Ümumdünya Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində qonaqların Qarabağa, Şərqi Zəngəzurə səfəri nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bunu report-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, Ümumdünya Dünya Şəhərsalma Forumunun əsas məkanı Bakıdır və Qarabağda hər hansı hissəsinin keçirilməsi nəzərdə tutulmayıb:
"Lakin forum çərçivəsində bütün iştirakçıların Qarabağa, Şərqi Zəngəzurə səfər etmə imkanı yaradılacaq. Forum çərçivəsində, sözsüz ki, bir çox tədbirlər, sessiyalar işğal nəticəsində dağılmış ərazilərin yenidən qurulması ilə bağlı məlumatın dünya ictimaiyyətinə çatdırılmasına və bunun üçün Azərbaycan hökumətinin gördüyü iş barədə məlumatın bölüşdürülməsinə həsr olunacaq".
Oxşar xəbərlər
Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub
Minval Politika BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun videogörüntüləri və səsyazmalarını dərc etməkdə davam edir. Dünən yayılan...