Vu Honqbo: “Azərbaycanla Çin arasında çox yaxın münasibətlər var”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla Çin arasında çox yaxın münasibətlər var. Biz Azərbaycanla qarşılıqlı inamı və dostluğumuzu gücləndirməyə hazırıq”.
“Report”un xəbərinə görə, bunu Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Baş katibinin keçmiş əvəzi Vu Honqbo Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.
O, çıxışı zamanı ulu öndər Heydər Əliyev barədə də fikirlərini söyləyib: "Heydər Əliyev müasir Azərbaycanın lideridir. Onun güclü iradəsi və xalqına qarşı dərin sevgisi var idi. Heydər Əliyev həmişə Azərbaycan xalqı tərəfindən həqiqi lider kim xatırlanacaq. Onu da qeyd edim ki, Heydər Əliyev həm də Çinin dostu idi”.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...