Volodimir Zelenski: "Rusiya bizi İran PUA-ları ilə vurur"
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya bizi İranın “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə vurur”.
BAKU.WS xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə teleqram kanalında yazıb.
O bildirib ki, Ukrayna terrorçularla mübarizə aparır.
Zelenski onu da qeyd edib ki, Rusiyanın iki əsas hədəfi var:
"Onlar çaxnaşma və xaos yaratmaq və enerji sistemimizi məhv etmək istəyirlər".
Daha sonra Ukrayna dövlət başçısı əhaliyə çağırış edib:
"Xahiş edirəm bu gün sığınacaqlarda qalın. Hərbçilərimizin köməyi sayəsində hər şey yaxşı olacaq. Həmişə təhlükəsizlik qaydalarına əməl edin. Həmişə xatırlayın. Ukrayna bu düşmən meydana çıxmamışdan əvvəl var idi və bundan sonra da var olacaq".
Oxşar xəbərlər
KİV: "Azərbaycan döyüş meydanında PUA-lardan səmərəli istifadə edib"
Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibə müasir döyüşlərdə pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadənin nümunəsi oldu. İndi isə bu təcrü...