Vladimir Zelenski: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Vladimir Zelenski: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Siyasət 60

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Vladimir Zelenski 28 May - Respublika Günü münasibətilə "Twitter" səhifəsindəki təbrikində bildirib.

Ukrayna Prezidenti iki ölkə arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini də qeyd edib. “Ukrayna və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığa dair dialoqun davam edəcəyinə inanıram”, - deyə Vladimir Zelenski əlavə edib.

Vladimir Zelenski təbrikində Ukraynanın dövlət müstəqilliyinin 30 illiyi münasibətilə keçiriləcək rəsmi tədbirdə Azərbaycanın təmsil olunacağını səbirsizliklə gözlədiyini də vurğulayıb.

Son xəbərlər