Vitse-spiker keçmiş məmurları tənqid etdi

Vitse-spiker keçmiş məmurları tənqid etdi
Siyasət 190

Milli Məclisin iclasında vitse-spiker Fəzail İbrahimli keçmiş məmurları tənqid edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, F.İbrahimli onların vəzifədə olduğu müddətdə Azərbaycana böyük problemlər gətirdiklərini diqqətə çatdırıb.

Vitse-spiker eks-məmurları oliqarx kimi xarakterizə edib.

“Yadınıza gəlirsə, bir zamanlar hökumət üzvləri parlamentin sorğularına cavab vermirdi. Ya da şöbə müdiri səviyyəsində cavablar verirdi”, - deyə F.İbrahimli əlavə edib.

Milli Məclis sədrinin müavini deyib ki, bu gün Azərbaycan təhsilinə və mədəniyyətinə ağır miras qalıb:

“Təsəvvür edin ki, təhsildə hansı problemlər olub. Mədəniyyət sahəsinə gəlincə, televiziyalarda bir-iki dəfə oxuyanlar xalq artisti adı alıblar. Haqqı olanlar isə kənarda qalıblar”.

Son xəbərlər