Vilayət Eyvazovdan Bakı polisilə bağlı vacib QƏRAR
03
mar
2020
12:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.
Oxşar xəbərlər
Vilayət Eyvazov polis rəislərinə tapşırıqlar verdi - FOTO
Yanvarın 22-də Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin ye...