Vilayət Eyvazov yüksək vəzifəli polkovniki təqaüdə göndərdi - Yeni TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Orqanlarında yeni kadr təyinatı baş tutub.
BAKU.WS manşet.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşfiq Aslanov tutduğu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Digər əmrlə polis polkovnik-leytenantı Emil Comərdov Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilən Emil Comərdov bundan əvvəl Çevik Polis Alayında çalışıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...