Vilayət Eyvazov rəis müavinini işdən çıxartdı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun xidmətdə yol verdiyi nöqsanlara görə vəzifədən azad edildiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov rəis müavininin sərəncama götürülməsi ilə bağlı məlumatı təsdiqləyib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...