Vilayət Eyvazov polis şöbəsinin rəisini yüksək vəzifəyə təyin edib
16
mar
2022
11:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) rəisi Zaur Əliyev yüksək vəzifəyə təyin olunub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Z.Əliyev rəis vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin rəis müavini təyin edilib.
Qeyd edək ki, Z.Əliyev 2018-ci ildən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində çalışırdı.
Xatırladaq ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsinə Fəxrin Bektaşi təyin olunub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...