Vilayət Eyvazov polis rəisini vəzifəsindən azad etdi

31
iyl
2021
11:56
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Sənani Məmmədov vəzifəsindən azad edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə, S.Məmmədov Kəpəz rayonunda sahə rəisi təyin edilib.
Vilayət Eyvazovun əmri ilə polis kapitanı Elnur Məmmədov Kəpəz rayon polis idarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...