Vilayət Eyvazov məşhur DYP rəisini işdən çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
Sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılmışdı.
O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilmişdi.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...