Vilayət Eyvazov işdən çıxardığı polkovnikə yeni vəzifə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin sabiq rəisi, polkovnik-leytenant Surxay Cəfərova yeni vəzifə verilib.
BAKU.WS “axar.az”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən Surxay Cəfərov Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu gün Daxili İşlər naziri Vilayət Eyvazov Surxay Cəfərovun DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi vəzifəsindən azad edilməsi barədə əmr imzalamışdı.
Oxşar xəbərlər
İlham Əliyev generallarla bağlı SƏRƏNCAM İMZALADI
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə xidm...