Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi
14
mar
2024
15:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçala və Oğuz Rayon Polis Şöbələrinə (RPŞ) rəis təyinatı baş tutub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...