Vilayət Eyvazov Cavid Qurbanovun qardaşı oğluna yüksək vəzifə verdi

Vilayət Eyvazov Cavid Qurbanovun qardaşı oğluna yüksək vəzifə verdi
Siyasət 11430

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun qardaşı oğluna yüksək vəzifə verilib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinə rəisi Əkbər Şəmşirli vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinə yüksək vəzifəyə təyin olunub.

Onun yerinə isə Qazax RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Murad Qurbanov təyin olunub.

Qeyd edək ki, Əkbər Şəmşirli Cavid Qurbanovun qardaşı oğludur.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...

48280 Siyasət 16:46 16 mart 2019

Son xəbərlər