Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi

15
yan
2020
18:36
Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
BAKU.WS BakuPost-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşid Priyev gətirilib.
BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Priyev icra edirdi.
Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.
Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.Rəşid Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.
Oxşar xəbərlər
Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub. BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu vəzifəyə polis polkov...