Vətən müharibəsində iştirak edən dəniz piyadaları daimi dislokasiya məntəqəsinə qayıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları öz missiyalarını başa vuraraq hərbi hissəyə geri qayıdıb.
BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.
Sonda xatirə fotosu çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...