Vəkillərə 500 manat cərimə yazılması ilə bağlı Ali Məhkəmədən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə cərimənin tətbiqinə ictimaiyyət tərəfindən narazılıq edilir. Burada əsas məqsəd kimisə cərimələmək deyil”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dəyişikliklə məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər:
“Bu da əsassız vəsatətlərlə işin uzadılmasına nail olma hallarının qarısının alınması məqsədi daşıyır”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...