Vaşinqton Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə vurğulayıb ki, Vaşinqton Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, diplomatlar əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər: "Dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib", - sənəddə deyilir.
Rubio həmçinin beynəlxalq terrorizm üçün baza və ya İranın sabitliyi pozan hərəkətləri üçün platforma olmayacaq sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...