Vasif Talıbovun istefa verməsinin səbəbi bəlli oldu - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada özü iştirak etməyib. Ötən gecə Bakıdan qayıdan Vasif Talıbovun istefa ilə bağlı müraciətini müavini səsləndirib.
BAKU.WS xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, saat 12-də baş tutan sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasını birinci müavini Azər Zeynalov səsləndirib. Müraciətdə Vasif Talıbovun səhhətində yaranan problemlərə görə istefa verdiyi səsləndirilib.
Müraciətdə həm də V.Talıbovun Ali Məclisinin sədri vəzifəsindən istefa etsə də, deputat kimi fəaliyyətini davam etmək istədiyi qeyd edilib.
***13:35
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, o, bu barədə qərarını Ali Məclisin bu gün keçirilən növbədənkənar iclasında açıqlayıb.
Qeyd edək ki, V.Talıbov 1960-cı ilin yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...