Vasif Talıbov müavinini işdən azad etdi

Vasif Talıbov müavinini işdən azad etdi
Siyasət 3488
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin müavini Mirhəşim Seyidov vəzifəsindən azad edilib.BAKU.WS Naxcivantv.az-a istinadən xəbər vereir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb. Xatırladaq ki, Naxçıvanda son vaxtlar bir sıra yüksək vəzifəli məmurlar, o cümlədən daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən azad edilib.M.Seyidov 17 noyabr 2015-ci ildə V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsinə seçilmişdi. 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov bundan əvvəlki tərkibdə də Ali Məclis sədrinin müavini olub.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda nazir vəzifəsindən azad edilib

Azərbaycanda nazir vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Naxçıvan...

4439 Siyasət 22:25 28 iyul 2017

Son xəbərlər