Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Trend-ə bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır.
Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə A...