Vahid Hacıyev: “Gələn il Zəngilandakı digər kəndlərin tikintisinə başlanılacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Gələn ilin ortalarında, bəlkə də ondan da tez Zəngilandakı digər kəndlərin tikintisinə başlanılacaq”.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Zəngilan şəhərinin də layihələndirmə işləri başa çatıb:
“Gələn il Zəngilanda da tikinti işləri başlayacaq. Ümumiyyətlə, gələn ildən bir sıra inzibati binaların tikilməsi kimi böyük layihələr həyata keçiriləcək”.
Oxşar xəbərlər
Prezident Zəngilan rayonuna təyin etdiyi xüsusi nümayəndəsini videoformatda qəbul edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi n...