Uşaqdan bələdiyyə sədrinə gözlənilməz sual: Suyumuzu sən kəsmisən? - VİDEO
19
yan
2023
10:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində Bahçelievler Bələdiyyə başçısı Hakan Bahadırın bazar günü ziyarəti zamanı azyaşlı uşaq ona maraqlı sual ünvanlayıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, uşaqdan hal-əhvalını soruşan Bahadır cavabında “suyumuzu sən kəsmisən?” reaksiyası ilə qarşılaşıb.
Balaca uşağın bələdiyyə sədrinə verdiyi sual həm ətrafdakıları, həm də videonu izləyənləri güldürüb.
Bələdiyyə sədri bu rəngarəng dialoqun videosunu sosial media hesabında “Az qala danlanırdım” notu ilə paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...