Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvanın Avropaya inteqrasiyası məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşün mövzularından biri olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki əməkdaşlıqdan böyük faydalar əldə edərək, eyni zamanda Avropa İttifaqına üzv olmağa can ata bilməz. Bu məsələni hansısa yolla həll etmək lazımdır və prezidentlə baş nazir, şübhəsiz ki, bu barədə danışacaqlar", - Uşakov bildirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...