UNICEF-in icraçı direktoru Misirdə yol qəzasında xəsarət alıb
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel çərşənbə axşamı Misirdə yol qəzasında xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” fond nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, yaraları səbəbindən onun İsrailə səfəri təxirə salınıb.
“Hesab edirik ki, “Rəfah” keçid məntəqəsinə gedərkən avtomobil böyük çuxura dəyib və ya ondan yayınmağa cəhd edib və bu, avtomobilin dərin xəndəyə sürüşərək yan üstə yuvarlanmasına səbəb olub”.
O qeyd edib ki, Rassel xəsarətlər alıb və kiçik narahatlıqlar yaşayır, lakin onun yaraları ciddi hesab edilmir.
Oxşar xəbərlər
KİV: Sabah "Rəfah” keçidi qəzzalı yaralılar qəbul etmək üçün açılacaq
Misirlə Qəzza zolağının sərhədində yerləşən “Rəfah” sərhəd-buraxılış məntəqəsi anklavdan olan yaralı və ağır xəstələrin qəbulu üçün noyabrın 1-də açılacaq. “Rep...